Siyasət

9 noyabrda sülh sazişi – Nikol bu tarixə qarşı çıxıb?

11 Oktyabr 2022 21:00
Baxış: 978

Kollektiv Qərb Ermənistanın Baş naziri Nikol Paşinyandan ilin sonuna qədər sülh sazişinin imzalanmasını tələb edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

"Mənbəmizin məlumatına görə, məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında da müzakirə edilib. İddiaya görə, Prezident İlham Əliyev noyabrın 9-da sazişin imzalanmasını təklif edib. Paşinyan isə erməni xalqı üçün bu tarixin pis assosiasiya doğurduğunu bildirib. Nikolun sözlərinə əsasən, Ermənistan ictimaiyyəti güman edə bilər ki, sülh sazişi qarşımızda yeni qapılar açmaq əvəzinə, ikinci kapitulyasiyadır", - deyə məlumatda qeyd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.