Siyasət

"Putin Qərblə böyük müqavilə imzalamaq istəyir" İbrahim Kalın

8 Oktyabr 2022 23:02
Baxış: 1 859

Türkiyə Rusiya Prezidenti Vladimir Putinin Qərblə yeni müqavilə bağlamaq istəyini anlayır.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın CNN telekanalına müsahibəsində deyib.

Kalının sözlərinə görə, Kreml hesab edir ki, sabiq prezidentlər M.Qorbaçov və B.Yeltsinin dövründə imzalanmış sazişlər mövcud vəziyyəti əks etdirmir və ona görə də Rusiya yeni müqavilə bağlamaq istəyir.

"Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların bərpası ehtimalının olduğuna inanır. Əsas məsələ bunun nə vaxt baş tutacağı və ondan əvvəl nə qədər zərərin olacağıdır", - Ərdoğanın sözçüsü vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.