Siyasət

Yermak MİT rəisi ilə görüşdü - Türkiyəyə kritik təklif

4 Oktyabr 2022 23:12
Baxış: 967

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi Hakan Fidanla görüşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Yermak bu barədə Tvitter hesabında açıqlama verib.

"MİT rəisi Hakan Fidanla görüşüm zamanı şəxsən 215 hərbçinin azad edilməsinə və "Azovstal" müdafiəçilərinə Türkiyədə yaradılan şəraitə görə təşəkkür etdim. Ukrayna Türkiyə ilə etibarlı tərəfdaşlığı yüksək qiymətləndirir və gələcəkdə sıx əməkdaşlığa ümid edir", - Ukrayna rəsmisi bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.