Siyasət

Ələ keçirdiyimiz ərazi üç Belçika qədərdir – Simonyan

4 Oktyabr 2022 08:12
Baxış: 1 294

Əvvələr Ukraynanın nəzarəti altında olan, bu gün isə Rusiya Federasiyasının tərkib hissəsinə keçən ərazilərin ümumi sahəsi üç Belçika qədərdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirlərlə "Rossiya 1" telekanalının efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan çıxış edib.

"Üç Belçika qədər ərazi Rusiyanın tərkibinə qatıldı. Siz bu əməliyyatın böyüklüyünü anlayırsız? İndi ən çətini bundan sonra başlayır. Bu əraziləri qoruya biləcəyikmi? Bu sizin üçün Qazaxstana gedib hansısa üsyanı lokalaşdırmaq deyil. Rus ordusu bu tip tapşırıqların öhdəsindən gəlirdi. Amma indi baş verənlər tam fərqlidir. Siz bir ərazilərin miqyasına baxın. Sözsüz ki, Rusiyaya çətin olacaq", - deyə Simonyan qeyd edib.

Onun sözlərinə əsasən, Gürcüstanda olan əməliyyat zamanı da rus ordusu demək olr ki, Tiflisə qədər getmişdi, amma sonradan geri çəkilmək əmri gəldi: "O zaman sözsüz ki, məqsədlər başqa idi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.