Fransız tarixçi: Təxribat strategiyası erməni millətçiliyinin çox köhnə ideyasıdır
Fransız tarixçi, politoloq, Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Maksim Qauen ölkəmizin dövlət sərhəsində Ermənistanın törətdiyi son hərbi təxribatlara və yaranmış duruma münasibət bildirib.
Milli.Az bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Politoloq hesab edir ki, bu təxribatları erməni komandanlığının tərkibində məlum havadarlarının köməyi ilə yeni müharibə arzusunda olan, azərbaycanlıların əvvəllər işğal olunmuş ərazilərə qayıtmasının qarşısını almaq istəyən revanşist zabitlər həyata keçirirlər: "Nikol Paşinyanın onların tərəfində olduğunu düşünmürəm. O, həqiqətən də dövlət çevrilişindən qorxduğu üçün orduda təmizlik aparmadı".
Ekspertin fikrincə, sentyabrda vəziyyətin gərginləşməsi Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin olması və Erməni İnqilab Federasiyasının (ARF) İrəvanda hakimiyyət dəyişikliyi etmək istəyi ilə bağlıdır.
Sülh əleyhinə nümayişlərin əsas təşkilatçıları arasında terrorçu, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsuluna sui-qəsd törətdiyinə görə Kaliforniyada məhkum edilmiş, hazırda Ermənistanda yaşayan Hampiq Sasunyanın da olduğuna diqqət cəlb edilib: "O, təxminən 40 il həbsdə olub. Paşinyan tərəfdarları tərəfindən linç edilmək riski olmasına baxmayaraq, yenə də öldürməkdən çəkinməyəcək. 1999-cu ildə Ermənistanın baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasını nəzərdən keçirdiyi üçün öldürülüb".
M.Qauen nəzərə çatdırıb ki, Ermənistanın məlum havadarları Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunacaq sülh razılaşmasını istəmir və indiki kontekstdə (İsrail-Türkiyə-Azərbaycan üçbucağının yenidən yaradılması) Zəngəzur dəhlizi layihəsinə qarşı şiddətlə çıxır. Amma Azərbaycan və Ermənistan rəhbərləri arasında Zəngəzur dəhlizinin mahiyyəti ilə bağlı fikir ayrılıqları olsa da, onları danışıqlar yolu ilə həll etmək mümkündür.
Təxribat strategiyasının erməni millətçiliyinin 1890-cı ildən əl atdığı çox köhnə ideya olduğunu xatırladan politoloq bildirib ki, məqsəd xarici müdaxiləni təhrik etməkdir. Amma bu dəfə təxribatçıların Azərbaycanın balanssız cavab verəcəyi ümidi puça çıxıb: "Azərbaycan Ordusu Ermənistanın döyüş vasitələrini məhv etdi, yüzlərlə hərbçini öldürdü və strateji yüksəklikləri ələ keçirərək sərhədi təkbaşına demarkasiya etdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)





