Siyasət

İlham Əliyev: Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib

1 Oktyabr 2022 13:26
Baxış: 715

Azərbaycan qazı artıq iki ildir ki, Avropaya ixrac olunur, indi isə Bolqarıstana ixrac ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən deyib.

"Azərbaycan bu gün Avropanın etibarlı qaz təchizatçısına çevrilib, tezliklə elektrik təchizatçısına da çevriləcək. Ötən il bizim qaz ixracımız 19 milyard kubmetr olub. Bu il isə 22 milyard kubmetr qaz ixrac etmək niyyətindəyik", - deyə dövlətimizin başçısı bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.