Prezident Sofiyada Rumıniyanın Baş naziri ilə görüşdü - VİDEO - FOTO
Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Baş nazir Nikolae-Yonel Çuke Azərbaycanla Rumıniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluğunu ifadə edib. Baş nazir müxtəlif sahələrdə geniş gündəlik əsasında əlaqələrin daha da inkişafı üçün böyük imkanların olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və bundan irəli gələn məsələlərin icrası baxımından ölkəmizin xüsusi rolu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanla Rumıniya arasında kənd təsərrüfatı, neft-kimya, energetika, o cümlədən elektrik enerjisinin ixracı, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Görüşdə, həmçinin ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı toxunulan məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.
Rumıniyanın Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
XƏBƏR LENTİ
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama





