Siyasət

Prezident İlham Əliyev: Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq

30 Sentyabr 2022 22:25
Baxış: 683

Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin adından verilən naharda iştirak zamanı deyib.

Dövlət başçısı bildirib:

"Əminəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək və Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq.

Uzun illər ərzində, əslində, artıq yeddi ildir ki, bir-birimizi strateji tərəfdaş hesab edirik və sözün əsl mənasında, biz həmin sıx əməkdaşlığın nəticələrini görürük. Ticarət dövriyyəsi sahəsində yaxşı nəticələri müşahidə edirik. Baxmayaraq tam göstəricilər hələ ki, qane etmir, lakin bu il ticarət dövriyyəmiz iki dəfədən çox artıb.

Bu gün ərzində mən potensial əməkdaşlığımıza dair daha praktiki əsasların müəyyən edilməsi üçün Bolqarıstanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcəyəm. Hazırda enerji təhlükəsizliyinin qlobal gündəlikdə birinci yer tutduğunu nəzərə alsaq, əlbəttə ki, Bolqarıstan ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq bizim diqqət mərkəzimizdədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.