Siyasət

"Ermənilər vandallıqları ilə artıq tarixdə ad qazanıblar" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

28 Sentyabr 2022 12:37
Baxış: 978

"Ermənilər Qafqaza gələndən bəri həmişə qonşu ölkələrin ərazilərinə iddialı olub və özlərinin torpağı olmaya-olmaya "Özümə yer edim, gör sizə neynirəm" prinsipini irəli sürərək həm bizdən, həm də Gürcüstandan torpaqlar alıblar. Təbii ki, bu da özbaşına yox, onların himayədarı olan Rusiya çarizmindən və məhz elə Rusiya çarizmi söküləndən sonra İrəvan quberniyasının ərazisində sovet hökuməti qurulanda bir Ermənistan respublikası yaratdılar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ruslar və onlar həm bizim, həm də gürcülərin torpaqlarının xeyli hissəsini ermənilərə verdilər: "Bu gün də bizim Zəngəzur dəhlizi dediyimiz yerlər, elə İrəvanın özü də qədim Azərbaycan torpaqlarıdır. Yəni, ermənilər bu torpaqlara yiyələndikdən sonra onlar vandal hərəkətlər edərək həmin torpaqlarda olan mədəni-tarixi abidələrimizi yerlə-yeksan etdilər, izlərini silməyə çalışdılar. Təkcə həmin dövrün rəssamlarının işlərində həmin abidələr qalır, yaşayır və biz də tarixdə bunu sübut edə bilirik ki, bu torpaqlar bizim olub. Həmin yerlərdəki məscidlər, tarixi abidələr erməni vandalları tərəfindən vandalizmə uğrayaraq darmadağın edilib".

Politoloq sözlərinə belə davam edib: "Hazırda, İrəvanda bir Göy Məscid durur və onun da bir hissəsi qalıb ki, onu da dağıtmaq istəyirlər. Biz də bu haqda YUNESKO-ya və dünyanın digər mötəbər təşkilatlarına müraciət etmişik. Yəni, 30 il müddətində Azərbaycanın ərazilərində 67 məsciddən 65-ni darmadağın etdilər, digər ikisini isə qismən dağıtdılar və həmin məscidlərə vandal hərəkətləri edərək orada donuz saxladılar. Bunu da farslar gördü və onlara dəstək oldular. Həmin bu İran mollaları onlara dəstək oldular və bu gün də dəstəyini göstərirlər ki, onlar Azərbaycana qarşı hər hansısa bir revanşist hərəkətlər etsinlər.

Bu vandal hərəkətləri ilə ermənilər nə qazandılar? Onlar heç nə qazanmadılar, ancaq nifrət qazandılar. Biz onları bu vandal hərəkətlərini YUNESKO xətti ilə, dünyanın digər mədəni irsinin qorunması mərkəzləri ilə dünyaya yaydıq və bəşəriyyət bildi ki, ermənilər hansı vandal hərəkətləri edərək mədəni-tarixi abidələri darmadağın ediblər.

Qeyd edim ki, bu günlərdə Paşinyan Birləşmiş Millətlər Təşkilatının 70 illik sessiyasında çıxış edərək Azərbaycanın onların mədəni-tarixi abidələrini dağıtması haqqında gülünc bir bəyanatla çıxış etdi. Sizin hansı tarixi abidələriniz var? Ağdamda, Cəbrayılda, Laçında, Kəlbəcərdə heç bir yerdə ola da bilməz. Bir dənə Kəlbəcərdə abidə var ki, o da udinlərin qədim kilsəsidir. Ora, əslində, dağılıb biz bərpa edirik.

Bundan başqa Azərbaycan dövləti Bakının mərkəzində erməni kilsəsini və 5 mindən artıq kitabı olan böyük mədəni abidələrini qoruyub saxlayır. Biz ora ermənilərdən fərqli olaraq heç bir vandal hərəkətləri etmirik. Çünki biz sivil bir millət və böyük bir tolerant xalqıq. Ermənilər isə özlərinin vandallıqları ilə artıq tarixdə ad qazandırıblar.

Artıq 21-ci əsrdir və dünya dövlətləri də imkan verməzlər ki, ermənilər kimlərinsə torpaqlarına yiyələnsinlər. Şükürlər olsun ki, bu gün rəhmətlə andığımız şəhidlərimiz Vətən torpaqlarını düşməndən azad etdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu gün biz xalqımız və şəhidlərimizlə fəxr edirik, qürur duyuruq, onları hörmətlə anırıq. Erməni vandallarına da Allah lənət eləsin".

Politoloq sözlərinə belə davam edib: "Xocalı faciəsi ermənilərin ən böyük vandal hərəkətidir. Onların nə qədər cılız, alçaq və şərəfsiz millət olduğunun göstəricisidir. Ermənilərin ideoloqu Zori Balayan öz əsərində yazır. Həmin əsər 2 dəfə Rusiyada və Ermənistanda nəşr olunub. Zori Balayan iftixarla bildirir ki, "Biz nəhayət öz acığımızı Azərbaycanlılardan çıxırıq. Azyaşlı uşaq divara dirənib can verir, qan tökür, anası ağlayır və biz onun anasının sinəsini kəsib onun ağzına qoyduq, uşağın dərisini soyduq, qan axdı və 7 dəqiqədən sonra o uşaq öldü. Qoy bunu bizim ermənilər, gələcək nəsillər bilsin ki, biz türklərdən qisasımızı aldıq. Görün nə qədər vəhşi vandal bir millətdir bu millət. Lənət olsun, lənət olsun, lənət olsun".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.