Siyasət

Daha 5 milyon insan Ukraynanı tərk edə bilər

27 Sentyabr 2022 21:00
Baxış: 814

Ukraynada vəziyyətin kəskinləşməsi halında daha 5 milyon insan ölkəni tərk edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova deyib.

O bildirib ki, 24 fevral - 19 sentyabr tarixləri arasında Ukraynanı 8,4 milyon insan tərk edib ki, sonradan onlardan 7,2 milyonu geri qayıdıb. Hazırda isə 1,2 milyon ukraynalı ölkə xaricindədir.

"Daha 5 milyon insan Ukraynanı tərk edə bilər. Müharibə uzanarsa, bu ssenari reallaşacaq. Belə şəraitdə hərbi vəziyyətin ləğvindən sonra kişilərin ukraynalı uşaqlı qadınların yanına köçməyə başlaması riski var", - deyə o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.