Siyasət

BMT Təhlükəsizlik Şurası dəyişəcək?

22 Sentyabr 2022 07:35
Baxış: 488

BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

"ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasının tərəfdarıdır", - deyə C.Bayden bildirib.

ABŞ prezidenti qeyd edib ki, xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri hesab edir.

Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının üzvləri "nadir fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməlidirlər".

O, BMT Təhlükəsizlik Şurasının "etimada layiq və səmərəli fəaliyyət göstərən" bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.