Bu səfər sülhün olmasına maneə yaratmaq niyyəti güdür
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və bu səfər çərçivəsində səsləndirdiyi fikirlər bölgədəki reallıqları kobud və qərəzli şəkildə təhrif etməklə yanaşı, Cənubi Qafqazdə davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, xalqlararası ədaləti qızışdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür.
İrəvanda Ermənistanın ərazi bütövlüyü ilə bağlı ikrah doğuran, Cənubi Qafqazdakı reallıqlardan məlumatlı olmayan insanların hisslərinə təsir göstərmək məqsədi daşıyan saxta sentemental-emosional mim və jestlərin müşayiəti ilə bəyanatlar verən Nensi Pelosinin 30 ilə yaxın zaman kəsiyində işğal altında olan Azərbaycan ərazilərinə münasibətdə təcavüzkara dəstək verməsini, düşünürəm ki hər kəs xatırlayır. Pelosi Azərbaycanlılar soyqırımına məruz qalanda, evləri, yurd yerləri, ziyarətgah və ibadətgahları, doğmalarının məzarları dağıdılanda da ermənilərin, yəni müharibə cinayətkarlarının, uşaq və qadın qatillərinin, terrorçuların, vandalların yanında idi və bəlkə də ultramillətci ermənilərin, daşnak və "Qncak"çıların, ASSALA terrorçularının Azərbaycanlıları yer üzərindən silmək planlarına ən müxtəlif yollarla əməli dəstək verirdi. Çünki belələri üçün bəşəri dəyərlər, humanizm prinsipləri yalnız öz maraqları tələb edəndə yada düşür. Xanım Pelosinin indiki halda yırtıcılara "məzlum" donu geyindirmək niyyəti güdən saxta göz yaşlarının nə zamansa dünyanın müxtəlif ölkələrində icra olunan müharibə ssenarilərin qurbanı olan günahsız insanlar, körpələr və qadınlar üçün axdığının şahidi olmamışıq. Nə Xocalıda, nə də digər Azərbaycan ərazilərində erməni vəhşiliyinin qurbanı olan günahsız körpələr üçün Nensi Pelosi və onun kimilərinin kədərləndiklərini belə görməmişik. İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Yəməndə "raketlər üzərində daşınan demokratiya"nın qurbanı olan, əlsiz-ayaqsız qalan körpələr üçün üz cizgilərini pozmayan Nensi Pelosinin Ermənistandakı kimi olmasa da, ötəri narahatlığını dilə gətirdiyini də müşahidə etməmişik. Riyakarlıq göz qabağındadır. Amma göz önündə olmayan, ABŞ-da keçiriləcək seçkilərdə ermənilərin səsinin və dəstəyinin alınmasına hesablanmış daha böyük bir riyakarlıq da var. Və xanım Pelosinin İrəvanda gah gülüb, gah da qəfildən "ağlamasının", haldan hala düşməsinin səbəbi də seçkilər və seçki fondu üçün gərəkli olan vəsaitlərdir. Yəni, Nensi Pelosi heç ermənilər üçün də ağlamır. Öz gününə ağlayır...
Elçin Mirzəbəyli
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq





