Siyasət

Belarus XİN-dən Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə MÜNASİBƏT

13 Sentyabr 2022 22:37
Baxış: 1 331

Belarus Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bəyanatda rəsmi Minsk tərəfləri təmkinli olmağa çağırır.

Qeyd olunur ki, Belarus sərhəddəki durumu narahatlıqla izləyir.

"İstənilən münaqilə yalnız siyasi və diplomatik vasitələrlə həll edilə bilər və həll edilməlidir. Belarus Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasına töhfə verməkdə davam edəcək", - bəyanatda bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.