Prezident Vladimir Putin Rusiya ordusunu çox şişirtdi və Ukrayna Silahlı Qüvvələrini tammiqyaslı işğaldan əvvəl qiymətləndirmədi.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı ekspert Viktor Kevlyuk deyib.
"Kremlin Ukraynada beşinci kolonun formalaşması üçün ayırdığı bütün pullar təyinatı üzrə yönəlməyib. Ona görə də Rusiyanın hərbi-siyasi rəhbərliyində Ukraynadakı ümumi əhval-ruhiyyənin fərqli mənzərəsi formalaşıb. Buradan da müharibə yox, "xüsusi hərbi əməliyyat" ortaya çıxdı. Putin Ukrayna vətəndaşlarının Rusiyanı dəstəkləyəcəyinə və rus ordusunu "gül-çiçəklə" qarşılayacağına inanırdı. Bir sözlə, Putin özü öz "tələsinə" düşdü. O, hətta ümumi səfərbərlik elan edə bilmir, çünki əslində bunun üçün heç bir hüquqi əsas yoxdur", - Kevlyuk deyib.
Milli.Az