Siyasət

Rusiyanın daha bir polkovniki Ukraynada öldürüldü

11 Sentyabr 2022 19:48
Baxış: 667

Ukrayna ordusu Xerson vilayətində rusların 205-ci əlahiddə motoatıcı briqadanın rabitə mərkəzini sıradan çıxardıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı jurnalist Roman Tsimbalyuk deyib.

"Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində Rusiya mövqelərinə endirdiyi artilleriya zərbəsi nəticəsində 205-ci əlahiddə motoatıcı briqadanın rabitəsi sıradan çıxıb. 13 hərbçinin ölümü təsdiqlənib. O cümlədən, briqadanın rabitə rəisi, polkovnik-leytenant Əhməd Ruslanoviç Tokbayev də məhv edilib", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.