Ukraynanın Xerson vilayətində gedən döyüşlər zamanı general-leytenant Andrey Siçevoyun əsir düşdüyü iddia olunub.
Milli.Az bildirir ki, Ukrayna mediasında yer alan xəbərlərə görə, Rusiya Müdafiə Nazirliyinin "Qərb" ordu qruplaşmasının komandanı A.Siçevoy polkovnik-leytenant poqonlu olaraq, kimliyini gizlətməyə çalışıb.
Rusiyanın Müdafiə Nazirliyi bu məlumatları feyk adlandıraraq təkzib edib.
53 yaşlı general-leytenant Andrey İvanoviç Siçevoy Ukraynanın Melitopol və Mariupol şəhərlərinin işğalına rəhbərlik edib.
Milli.Az