Siyasət

Ukrayna limanından ərzaqla dolu daha bir gəmi yola düşüb

3 Sentyabr 2022 21:29
Baxış: 635

Ukrayna limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ərzaqla dolu 9 gəmi qalsa da, bu gün onlardan yalnız biri yola düşüb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

"Regionda əlverişsiz hava şəraiti ilə əlaqədar Ukrayna limanlarında 9 gəmi yola düşməyi gözləsə də, cəmi 1 gəmi limandan ayrılıb", - məlumatda deyilir.

Daha əvvəl Ukraynanın "Yujnıy" dəniz ticarət limanının yüklərin emalını bərpa etdiyi bildirilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.