Siyasət

Azərbaycan Prezidenti: Avropaya ixracı iki dəfə artırmaq böyük işdir

3 Sentyabr 2022 14:03
Baxış: 1 129

Azərbaycan hazırda qaz sahəsinə sərmayə qoyuluşu baxımından yeni imkanlar və planları nəzərdən keçirir. Bizim bütün enerji layihələrimiz, o cümlədən təbii qazın nəqli ilə bağlı olan layihələrimiz mövcud həcmlərə əsaslanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində "Azərbaycan həcmi artırmaq baxımından Avropanın digər hissələrinə qaz nəql etmək məqsədilə hər hansı əlavə layihələri nəzərdən keçirirmi" sualına cavabında söyləyib.

Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələrin uzun illər əvvəl imzalandığını qeyd edən dövlətimiz başçısı deyib ki, daha sonra biz boru kəmərlərinə sərmayə qoyduq və Avropaya yalnız bir il yarım əvvəl qaz nəql etməyə başladıq. 2021-ci ilin ilk günündə biz İtaliyaya qaz nəql etməyə başladıq. Beləliklə, bizim nəzərdə tutduğumuz planlar tam şəkildə həyata keçirilib.

"Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir", - deyə Prezident əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.