Siyasət

Səudiyyə Ərəbistanının iş adamları azad edilmiş ərazilərə səfər edəcəklər

2 Sentyabr 2022 14:19
Baxış: 704

Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub.

Milli.Az xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşü zamanı bildirilib.

Görüş zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunduğu qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.