Siyasət

Rusiyanın 200-dən çox hərbçisi öldürüldü

1 Sentyabr 2022 08:03
Baxış: 536

Ukrayna hərbçiləri ötən sutka ərzində cənub istiqamətində 201 Rusiya hərbçisini öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub Əməliyyat Komandanlığı "Facebook"da məlumat yayıb.

Bildirilib ki, Rusiyanın 12 "T-72" tankı və 18 zirehli texnikası, həmçinin altı sursat anbarını məhv edib.

Qeyd olunub ki, əməliyyat zonamızda vəziyyət ağır olaraq qalır.

Qarşı tərəfin bölmələrinin tərkibində və mövqeyində ciddi dəyişiklik baş verməyib.

Həmçinin, Ukraynanın raket və artilleriya bölmələri qarşı tərəfin pilotsuz uçuş aparatları, radiolokasiya stansiyaları, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri üçün idarəetmə məntəqələrinə zərbələr endirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.