Siyasət

İrəvanda etiraz aksiyası keçirilir

23 Avqust 2022 20:56
Baxış: 757

İrəvanın Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı Ermənistanın Polşadakı sabiq səfiri Edqar Kazaryan bildirib ki, müxalifətçilər baş nazirlə görüşməyi planlaşdırırlar. Görüşün gündəliyində olan yeganə məsələ hökumət başçısının istefasıdır.

"Paşinyan vergi ödəyicilərinin pulu ilə 2 milyona avtomobil alıb, üstəgəl də helikopteri var. Qoy onlardan istifadə edərək hökumət binasına gəlib bizimlə görüşsün" - deyə keçmiş diplıomat tələb edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.