Ukraynalı hakerlər Rusiya tərəfindən işğal olunan Krım televiziyasına müdaxilə həyata keçiriblər.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnformasiya qoşunları "Twitter"də məlumat yayıb.
Müdaxilədən sonra ruslar Ukraynadakı müharibə ilə bağlı Vladimir Zelenskinin müraciətinə baxmalı olublar.
Həmin çağırışda Ukrayna dövlət başçısı Rusiya rəsmilərinə Krım torpağında rahat yaşaya bilməyəcəklərini xatırladıb.
"Qoy Krımda qiymətli torpaqları zəbt edən rusiyalı məmurların hər biri yadda saxlasın ki, bura onların rahatlıqla yaşaya biləcəkləri torpaq deyil", - deyə Zelenski vurğulayıb.
Bundan sonra Rusiya vətəndaşlarına Tina Karolun "Ukrayna sənsən" mahnısı ilə Ukrayna vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirilib.
Milli.Az