Siyasət

“Müharibə dərhal dayandırılmalıdır, əks halda...” - Kissincerdən şok iddia

20 Avqust 2022 19:11
Baxış: 686

"Ukraynada müharibənin uzadılması eskalasiyaya yol aça bilər, hərbi əməliyyatlar danışıqlar yolu ilə mümkün qədər tez başa çatdırılmalıdır".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

"Danışıqlar aparılmalıdır. Həmçinin, bu müharibəni qeyri-müəyyən müddətə qədər uzatmaqdan çəkinməyə tərəfdaram. Çünki belədə hər şey Birinci Dünya Müharibəsindəki kimi olacaq və yəqin ki, eskalasiyaya da yol açacaq. Ona görə də ümid edirəm ki, NATO ölkələri tezliklə danışıqların nəticəsinin nə olacağı və hansı nəticənin əldə oluna biləcəyi barədə öz aralarında razılığa gələcəklər", - sabiq dövlət katibi bildirib.

Kissincer bundan əvvəl Ukrayna hakimiyyətini Moskvaya güzəştə getməyə və Rusiya rəhbərliyi ilə danışıqlara başlamağa çağırıb.

Amerikalı diplomatın çağırışı Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.