Siyasət

Xarkovda dağıntılar arasından 15 nəfərin meyiti çıxarılıb

20 Avqust 2022 08:04
0 Şərh     Baxış: 521

Ukraynalı xilasedicilər Xarkovda bombalanma nəticəsində dağılmış binaların altından 15 nəfərin meyitini çıxarıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, axtarış xilasetmə işləri 2 gündür fasiləsiz aparılır. Hadisə yerinə 75 nəfərlik şəxsi heyət və 13 texnika cəlb olunub.

Qeyd edək ki, avqustun 17-də İskəndər raketinin düşməsi nəticəsində Xarkovda bir neçə bina dağılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.