Siyasət

Rusiya yalan danışır, belə edir ki, ermənilər... - Türk general gerçəyi AÇIQLADI

18 Avqust 2022 12:56
0 Şərh     Baxış: 8 973

"Türkiyə "S-400"lə bağlı Rusiya ilə yeni bir anlaşma imzalamayıb".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general bildirib ki, Türkiyə ilə Rusiya arasında "S-400"lə bağlı anlaşmaya görə Ankara-Vaşinqton münasibətlərində hər hansı problem yaranmayacaq:

"Bu, Rusiyanın ilk əldə edilən anlaşmanın davamı olan məsələlərin ABŞ-ın ona tətbqi etmiş olduğu embarqonun praktiki olaraq bir işə yarımadığını, dünyaya Türkiyə-Rusiya münasibətlərinin çox yaxşı irəlilədiyi mesajını vermək üçün keçmişdə əldə olunan anlaşmanın ikinci hissəsi adlandırdığımız texnoloji transferini bəyan etməkdir. 

Türkiyə Cümhuriyyətinin Müdafiə Nazirliyi də belə bir yeni anlaşmanın olmadığını onsuz da açıqladı. Təbii ki, Rusiya tərəfinin Türkiyənin ABŞ-la "F-16" görüşlərinin aparıldığı bir zamanda belə bir açıqlama vermiş olmasını maneə törətmək məqsədilə düşünülmüş bir addım kimi dəyərləndirirəm.

Təbii ki, Türkiyə-Rusiya və ya Türkiyə-ABŞ münasibətləri sadəcə iki ölkə münasibətindən başqa dövlətlərə, quruluşlara, təşkilatlara təsir gücünə malik bir qüvvədir. Dolayısı ilə "F-16"ların verilməsi ilə bağlı Konqresdə və Senatda danışıqlar davam edərkən bu açıqlamanın edilməsi yeni deyil. Bundan əvvəl də belə açıqlamaların dəfələrlə edilməsinə heç də doğru deyildi.

Onsuz da Türkiyənin Rusiya ilə imzaladığı bütün sənədlərdən ABŞ da xəbərdardır. Bu səbəbdən də Türkiyə ilə Rusiya arasında "S-400"lə bağlı anlaşmaya görə Ankara və Vaşinqton münasibətlərində hər hansı problemin olacağını zənn etmirəm. Fəqət təbii ki, Senatdakı və ya Konqresdəki ermənisevər, yunansevər imperialist qüvvələrin əlinə və dilinə mövzu verilib. Amma böyük bir təsirinin olacağı fikrində deyiləm".

Qeyd edək ki, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib ki, Rusiyadan Türkiyəyə "S-400" zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur. Amma o, müqavilənin nə zaman imzalandığını açıqlamayıb. Şuqayev hətta hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.

Xatırladaq ki, "S-400"lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin "S-400"lərdən imtina etməsini tələb edərək, onu ''F-35'' qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin "S-400"lərin Ukraynaya verilməsini təklif edib.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics