İlham Əliyev: Müslüm Maqomayevin yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır
Müslüm Maqomayevin yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də "Yaşıl Teatr" Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxışında deyib.
Dövlət başçısı bildirib:
"Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdi və o, bu sevgiyə nə qədər layiq idi.
Bu gün bizim incəsənət ustaları bizə gözəl bir hədiyyə bəxş etmişlər. Mən əminəm ki, bu konserti dinləyən hər kəs böyük zövq almışdır. Müslümün unudulmaz siması bir daha gözümüzün önündən keçdi. Onu yaxından tanıyanlar bir daha gördülər ki, o, nə qədər böyük sənətkar, nə qədər gözəl insan idi.
Bugünkü konsertin bütün iştirakçılarına təşəkkür etmək istərdim. Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmaz "Mavi əbədiyyət" mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümün möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir. Bu gün biz abidəni açarkən mən dedim ki, indi səslənən "Əlvida, Bakı" mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb və mən onu ilk dəfə Bakıda, Filarmoniyanın binasında keçirilən Müslümlə vidalaşma mərasimində dinlədim, o, mənə çox təsir etdi. Çünki o, şəhərlə, dostları ilə, həyatı ilə vidalaşırdı. Bu mahnını yazmağın ona necə çətin olduğunu, onun hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. Əlbəttə, bu barədə danışarkən mən dedim, burada ucalan bu abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. O, bizimlədir.
Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik.
Əlbəttə, mən dost ölkələrdən gələn bizim əziz, sevimli qonaqlarımıza xüsusi təşəkkür etmək istərdim. Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı.
Hamıya Allahdan cansağlığı, bütün ölkələrə, xalqlara firavanlıq arzu edirəm. Yaşasın Azərbaycan. Sağ olun".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
İlham Əliyevlə Ursula fon der Lyayenin səmimi söhbəti (Video)
-
Lyayen: Müfəssəl əməkdaşlıq sazişi üzərində işlərimizi davam etdiririk (Video)
-
Avropa Komissiyasının Prezidenti: Azərbaycan təmiz enerji üçün də regionda qovşaq rolunu oynaya bilər
-
Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib (Video)
-
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
XƏBƏR LENTİ
-
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
-
DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
-
"Ər çörəyi yeyəndə kökələcəyəm" - Səmra Hüseynova
-
Kinoalı tabule resepti
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Ajda Pekkanın 72 yaşlı bacısının hovuz görüntüsü gündəm oldu - (Video)
-
120 il yaşamaq üçün nə edək?
-
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
-
Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...
-
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
-
Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)
-
Güclü və parlaq saçların sirri: İtalyan üsulu saç yuma
-
Zelenski təcili Kiyevə qayıdır
-
Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO
-
Dəniz suyunu günəş işığı ilə içməli suya çevirdilər
-
Bakıda “Prius”la toqquşan BYD aşdı - (Video)
-
Albalı mürəbbəsini qatılaşdırmağın 4 yolu
-
Günün qoroskopu: Daxili gücünüzə və intuisiyanıza güvənin
-
Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (Foto)
-
Rusiya PUA-larla Kiyevə hücum edib
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
-
Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötüb
-
Aleksandr Plüşenko Azərbaycanı təmsil edəcək - rəsmi





