İkinci “Qisas” əməliyyatı... - ermənilər qorxu içində
Azərbaycan Prezidenti son Şirvan səfəri zamanı İsmayıllının Basqal qəsəbəsində çox maraqlı bir açıqlama verdi. Əslində bu, Ermənistana və onu dəstəkləyənlərə ciddi bir mesaj idi. Dövlət başçısı bildirdi ki, avqustun 25-dək ermənilər Laçın şəhəri və Zabux kəndindən çıxmalıdır və həmin müddət onların xahişi ilə verilib".
Milli.Az xəbər verir ki, bunu hafta.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib.
"Dövlət başçısı ermənilərin çıxdıqları məkanları yandırmayacaqları haqda da fikirlər söylədi. Amma onu da qeyd etdi ki, bu, onların özlərindən gələn bir məsələdir. Azərbaycan onsuz da əvvəldən bilir ki, onlar verdiyi sözə əməl etmir. İndi də elə oldu. Bütün dünya bilir ki, bu haylar xəstədir. Onsuz da Laçın camaatı, zabuxluların Zabuxda ermənilərin saldığı qəsəbədə yaşamaq fikirləri yoxdur. Çünki deyirlər ki, haylar tərəfindən tikilməsi və orda yaşamaqları bir yana, həm də o qəsəbə kəndin köhnə qəbiristanlığı üzərində salınıb. Bu haqda yerli sakinlərdən mediaya açıqlama verənlər də olub... Bu və digər səbəblərdən belə baxanda hayların çıxdıqları evləri yandırıb-yandırmamasının Laçın camaatı üçün elə bir əhəmiyyəti yoxdur. Amma görünən odur ki, laçınlılar, o cümlədən Zabux kəndinin əsil sakinləri artıq toparlanıb və bütün ağır obyektiv şərtlərə baxmayaraq hamısı geri - öz tarixi dədə-baba torpaqlarına dönməyə hazırdır. Bu, çox müsbət bir haldır. Yəni Laçın camaatı o əvvəlki qeyrətdə, iradədə, qürurdadır. Çox xoş bir haldır ki, 30 ildən çox vaxt keçməsinə rəğmən bu insanların öz doğma yurdlarına dönmə əzmi, iradəsi sınmayıb. Və inanıram ki, tezliklə Laçının nəinki rayon mərkəzi və Zabux kəndinin, bütün digər kəndlərinin də sakinləri öz dədə-baba ocaqlarına dönəcək"- açıqlamasının ardında bunları söyləyən siyasi şərhçi ermənilərin ekoloji cinayətlər törətməsi və bunun mütləq cəzalandırılması haqda da danışıb.
"Rusiyanın "dırnaqarası" sülhməramlılarına gəldikdə, onlar son 1 il 10 ay ərzində öz lazımı missiyalarını yerinə yetirmədilər və bu gün də ermənilərin Laçın və kəndlərində törətdikləri vandallıqlara, o cümlədən meşələrimizi yandırmalarına göz yummaqda davam edirlər. Digər tərəfdən, dünyaya hüquq dərsi keçən Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri bir daha utansınlar ki, bu 30 ildən çox müddətdə həmin hayların Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsinə də göz yumdular və beynəlxalq hüququ çığnadılar, tapdadılar. Bu gün ATƏT, BMT və digər beynəlxalq təşkilatlar nəinki evlərin, meşələrimizin də yandırılmasına göz yumurlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycan ordusu bir "Ekoloji qisas" əməliyyatı da keçirməlidir. Sadəcə, snayper və kəşfiyyatçılarımız bütün Qarabağ və Şərqi Zəngəzurda, xüsusən ermənilər oralardan çıxana qədər Laçın və Zabux ətrafındakı meşələrə ciddi nəzarət etməlidirlər. Meşələrimizi yandırmağa cəhd edən şəxslərə xəbərdarlıq edilməli və hərbçilərin əmrinə tabe olmadıqları təqdirdə yerlərindəcə güllələnməlidir... Dünya bu saat ekologiya ilə bağlı ciddi problemlərlə üzləşib. Odur ki, ermənilərin meşələri yandırmaları əslində beynəlxalq bir cinayət kimi dəyərləndirilməli və günahkarlar ciddi cəzalandırılmalıdır"- deyə politoloq bildirib.
"Prezident İsmayıllıdakı çıxışında "Qisas" əməliyyatı məsələsini gündəmə gətirdi və hazırda erməni ictimaiyyətində ikinci "Qisas" əməliyyatının başlayacağından ciddi əndişə və qorxu yaranıb. Və bilirlər ki, ikinci "Qisas" əməliyyatı birincidən daha qorxulu olacaq. Prezident də son çıxışında qeyd elədi; artıq "Qisas" əməliyyatında Sarıbaba, Qırxqız, Buzdux və s. yüksəkliklər azad edildikdən sonra Azərbaycan ordusu Laçın "dəhlizi", o cümlədən Laçın şəhərini tamamilə nəzarətə götürüb. Ümumiyyətlə, Xankəndi və Ağdərə də, demək olar ki,nəzarətimizdədir. Ayın 25-ə artıq 9 gün qalıb. Və həmin müddətdə ermənilər Laçın və Zabuxu tərk edəcəklər. Mən buna tam əminəm... Çünki yaxşı bilirlər ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil" - deyə Cümşüd Nuriyev vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
-
İllər sonra bir araya gəldilər - (Foto)
-
"Turan Tovuz" Vadji ilə bağlı qərar verdi





