Siyasət

DSX-nin rəis müavini quru sərhədlərindən danışdı

16 Avqust 2022 12:37
0 Şərh     Baxış: 2 581

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqləri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı bir məhdudiyyət yoxdur.

Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: "Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.