Siyasət

Böyük Britaniya Ukraynaya yenidən hərbi yardım edəcək

11 Avqust 2022 21:23
0 Şərh     Baxış: 552

Böyük Britaniya Ukraynaya daha çox sayda raket sistemləri və idarə olunan raketlər tədarük edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu qərar Böyük Britaniyanın bu ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinə təhvil verdiyi çoxsaylı raket sistemlərinin uğurlu istifadəsindən sonra verilib.

Müdafiə naziri Ben Uollesin sözlərinə görə, yeni hərbi dəstək Ukrayna qüvvələrinə "Rusiyanın təcavüzündən müdafiəni davam etdirməyə və uzaqmənzilli artilleriyadan fərq qoymadan istifadə etməyə" imkan verəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.