Siyasət

Ruslar bu istiqamətdə geri çəkilməyə məcbur edildi

11 Avqust 2022 08:27
0 Şərh     Baxış: 900

Xarkov istiqamətində Rusiya qüvvələri itki verərək geri çəkilməyə məcbur edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ruslar taktiki vəziyyəti yaxşılaşdırmaq üçün Udı, Petrovka və Qusarovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları həyata keçiriblər", - məlumatda qeyd olunub.

Bildirilir ki, ruslar Xarkovda pilotsuz uçuş aparatları ilə fəal şəkildə hava kəşfiyyatı aparıb. Həmçinin, həmin istiqamətdə fəaliyyət göstərən bölmələr maddi-texniki təminatı yaxşılaşdırmaq üçün ciddi səylər göstərir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.