Bakı addım-addım Xankəndinə doğru... - Separatçıların “həyat yolu” bağlanır
Azərbaycan Qarabağdakı separatçı-terrorçu rejimin "həyat yolunu" bağlayır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti" nəşrində yayımlanan məqalədə deyilir.
Nəşr yazır ki, bu yol separatçı rejimin əsas təchizat arteriyasıdır: "Azərbaycan yolun marşrutunu dəyişdirmək və bu əraziləri nəzaratə götürməklə Xankəndidəki qondarma rejimi blokada vəziyyətinə salacaq. Çünki bu yoldan təkcə hərəkət üçün istifadə edilmir, həm də elektrik və qaz xətti də keçir".
Məqalədə bildirilir ki, Qarabağa üçün daha yeni müharibə olmayacaq: "Ona görə ki, Ermənistanın və Qarabağdakı qondarma rejimin buna heç bir imkanı yoxdur. Neft-qazla zəngin və qüdrətli Türkiyə tərəfindən dəstəklənən Azərbaycan Ermənistandan, ümumiyyətlə ermənilərdən o qədər güclüdür ki, onları asanlıqla əzmək iqtidarındadır. 44 günlük müharibədə illərdir qurulan istehkamlara arxalanan, güclü silah-sursata malik olan erməni ordusu Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilmədi. Müharibənin nəticəsində Qarabağdakı qondarma rejimin əvvəl nəzarətdə saxladığı ərazilər 4 dəfə azaldı, indi 3170 kvadrat kilometrə qədər qalıb. Bura müdafiə oluna bilməyən kiçik bir torpaq parçasıdır. Qondarma rejim nəzarətində olan su ehtiyatlarının, elektrik enerjisinin (39 SES-dən 29-nu Azərbaycanın nəzarətindədir) böyük hissəsini, əkin sahələrinin ¾-nü, mal-qaranın yarısını, həmçinin, turizmdən əldə etdiyi gəlirlərdən məhrum oldu. Ermənistan bankları Qarabağda qalan ermənilərə kerdit verməyi dayandırıblar, çünki onlar burada hələ də qalan rejimin gələcəyinə inanmırlar. Ermənistan ordusunun qalıqları Azərbaycanın təzyiqi ilə çıxarılır, separatçı rejimin qondarma "müdafiə ordusu" əhəmiyyətsizdir. Dörd tərəfdən Azərbaycanın nəzarətində olan qondarma "dqr"-ə silah tədarük etmək mümkün deyil".
Nəşr yazır ki, Ermənistan müharibədə məğlub oldu, çünki 3 milyon əhalisi olan, dənizə çıxışı olmayan və hər iki tərəfdən blokadada yaşayan ölkənin güclü, müasir ordu yaratmaq imkanı yox idi.
"1994-cü ildə Azərbaycan üzərində hərbi qələbə Ermənistan üçün qəddar zarafat idi. Erməni ictimaiyyəti belə düşünürdü ki, onlar prinsipcə, azərbaycanlılardan güclüdür və istənilən an qələbəni yenidən qazana bilərlər. Azərbaycan güclü ordu yarada bildi. Ermənistan və qondarma "dqr"-in Rusiyaya bəslədiyi ümidlər puç oldu. Moskva Türkiyə ilə yaxşı münasibətlər saxlamalı idi, zəngin Azərbaycan isə silahları Rusiyadan alırdı. Ermənistan da Rusiyadan təmannasız və ya dəyərindən qat-qat ucuza hərbi texnika aldı və 44 günlük müharibəyə qədər köhnə sovet silahları ilə silahlandı. 2016-cı ilin aprelində Azərbaycan ordusu dörd gün ərzində erməni mövqelərini "ütülədi", lakin bundan sonra da erməni cəmiyyəti Azərbaycan üzərində hərbi üstünlük haqda inamdan əl çəkmədi. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiya arasındakı münasibətlər pisləşdi. Ermənistan hökuməti erməni problemlərindən yorulan Avropa və ABŞ-dan da dəstək almağa çalışdı. Lakin 2020-ci ilin payızında Azərbaycan 1994-cü ildəki məğlubiyyətin qisasını asanlıqla aldı. Bakı və Ankara qələbədən sonra Rusiyanı regiondan sıxışdırıb çıxarmaqla incitmək istəmədilər və Rusiya sülhməramlılarının mövcud olduğu hazırki ərazilərə nəzarəti müvəqqəti təxirə saldılar. Müharibə başa çatandan sonra Ermənistan anklavı əzab içindədir. Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanmayıb, çünki Bakı Qarabağın Ermənistan tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasında israrlıdır və Qarabağda qalan ermənilərə heç bir status, yaxud muxtariyyət vermir. Azərbaycan bir addım belə geri çəkilmir, Ermənistan isə bu tələblərlə razı olmaq istəmir. Lakin Ermənistanın öz mövqeyini müdafiə etmək üçün heç bir şeyi yoxdur, xüsusilə ordusu məğlubiyyətdən sonra son dərəcə zəifləyib. Azərbaycan Qarabağda qondarma rejimin qaldığı ərazilərə də tədricən, addım-addım nəzarəti bərpa edəcək. Qarabağda ermənlərin sayı minimum qaldıqda özləri tərkisilah olacaq və itaət edəcəklər", - məqalədə qeyd olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
XƏBƏR LENTİ
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür





