Qisas əməliyyatı Ermənistan üçün böyük dərs, son xəbərdarlıq olmalıdır - Sahil Kərimli
Müzəffər Azərbaycan Ordsunun Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə vurduğu sarsıdıcı zərbələr Ermənistan üçün böyük dərs, eyni zamanda son xəbərdarlıq olmalıdır. Qüdrətli Azərbaycan Ordusu bugünkü qisas əməliyyatları ilə bir daha göstərdi ki, suveren ərazilərimizdə terrorun, separatçılığın kökü nəyin bahasına olursa olsun, qətiyyətlə kəsiləcək.
Bunu açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
O, əlavə edib ki, Ermənistan 10 noyabr üçtərəfli bəyanatına nə qədər tez əməl etsə, bir o qədər tez özünü uçurumdan xilas etmiş olar: "44 günlük Vətən Müharibəsi zamanı kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan rəhbərliyi iki ilə yaxındır ki, üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Azərbaycan dövləti bu müddət ərzində proseslərə səbr və təmkinlə yanaşıb, məsələni dinc yolla, danışıqlar masasında həll etməyə çalışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bölgədə yeni müharibə istəmirik. Amma təəssüf ki, rəsmi İrəvan bu xəbərdarlıqlardan nəticə çıxarmadı. Azərbaycan dövləti bu günkü antiterror əməliyyatları ilə sübut etdi ki, bizim səbrimiz tükənməz deyil".
S.Kərimli əlavə edib ki, müharibədən sonra Azərbaycan Ermənistana dəfələrlə şans verib, qanunsuz silahlı terrorçu ünsürləri Qarabağdan çıxarmağı tələb edib. Amma Ermənistan bu şanslardan istifadə edə bilməyib:
"Ermənistanın iki il əvvəl darmadağın edilmiş ordusu, həmçinin Qarabağdakı silahlı terrorçular anlamalıdır ki, onlar 44 günlük Vətən Müharibəsində bütün dünyaya qəhrəmanlıq və şücaət dərsi keçən Qüdrətli Azərbaycan Ordusu ilə üz-üzədir. Bugünkü antiterror əməliyyatları, düşmənin qanunsuz hərbi obyektlərinin bir neçə dəqiqə ərzində yerlə-yeksan edilməsi Azərbaycanın qətiyyətli, eyni zamanda ədalətli və barışmaz mövqeyinin göstəricisidir.
S.Kərimli onu da bildirib ki, cavab əməliyyatları nəticəsində bir neçə hakim yüksəkliklərin nəzarətə götürülməsi, düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi ilə şəhid olan hərbçimizin də qisası dərhal və misli ilə alınıb: "Düşmən bütün bunlardan nəticə çıxarmalı, qisasın bundan sonra da amansız olacağını bilməlidir. Əks halda Dəmir yumruğun öldürücü gücü yerində olacaq.
Bu gün bütün dünya, beynəlxalq təşkilatlar Ermənistana ciddi təzyiqlər göstərməlidir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edilməldir. Azərbaycan bölgədə yeni müharibənin, hərbi qarşıdurmanın qəti əleyhinədir. Ölkəmiz Cənubi Qafqazda uzunmüddətli sülhə və təhlükəsizliyə nail olmaq istəyir. Son proseslər isə göstərir ki, sülh mane olmaq istəyən yeganə qüvvə Ermənistandır", - S.Kərimli vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





