Avqustun 2-də Lvov vilayətinin ərazisinə raket zərbələri endirilib. Raketlər Çervonoqrad rayonuna düşüb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.
"İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib", - deyə Maksim Kozitski əlavə edib.
Raket zərbələri nəticəsində itkilər barədə əlavə məlumat verilmir.
Milli.Az