Lvova raket zərbələri endirildi

2 Avqust 2022 23:56

Avqustun 2-də Lvov vilayətinin ərazisinə raket zərbələri endirilib. Raketlər Çervonoqrad rayonuna düşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Lvov Hərbi Vilayət Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.

"İlkin olaraq raket zərbəsi nəticəsində Çervonoqrad rayonu ərazisində partlayış baş verib", - deyə Maksim Kozitski əlavə edib.

Raket zərbələri nəticəsində itkilər barədə əlavə məlumat verilmir.

Milli.Az