Ermənilərin sərhəddəki təxribatlarında Rusiya İZİ - "Bomba" İrəvanda PARTLAYACAQ
"Ermənistanın yenidən Azərbaycan ərazilərinə qarşı işğal cəhdi mümkünsüzdür".
Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında ermənilərin törətdikləri silahlı insidentləri Moskvanın və Tehranın təzyiqləri ilə əlaqələndirmək olar:
"Ermənistanın iki səbəbə görə yeni işğala başlaması ehtimalı azdır: birincisi, indi Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra onun ölkəyə daxil olmaq və ya mülki şəxslərə hücum etmək üçün bəhanəsi yoxdur. Çünki ərazilər və orada yaşayan bütün mülki şəxslər indi Azərbaycanın nəzarəti altındadır.
Erməni silahlı qüvvələri tərəfindən dağıdılan şəhərlər dünyaya bəlli oldu. Postkonflikt mərhələsindəki üstünlük regiondakı vəziyyəti böyük mənada həll edir. Azərbaycan bunun da öhdəsindən məharətlə gəlir. Bu səbəbdən də Ermənistana indi İkinci Qarabağ müharibəsindən də az dəstək olunacaq.
Digər məsələ isə hərbi hazırlığın olmamasıdır ki, bu hələ 2020-ci ilin sentyabrında özünü büruzə verirdi. Lakin 44 günlük müharibə nəticəsində Ermənistan silahlı qüvvələri xeyli itki verərək, canlı qüvvə ilə yanaşı, hərbi texnikası da məhv edildiyindən bu vəziyyət onlarda daha da ağırlaşıb.
Bundan əlavə, sülh səylərinə və Zəngəzur dəhlizinin açılmasına beynəlxalq dəstək getdikcə artır. Bununla belə, indi istər Azərbaycanla dövlət sərhəddi istiqamətində, istərsə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında ermənilərin törətdikləri silahlı insidentləri, təxribatları revanşistlərin, xarici lobbiçilərin, xüsusən də yeni regional dinamika nəticəsində siyasi və iqtisadi cəhətdən əlverişsiz vəziyyətdə olan Rusiya və İranın daxili və xarici təzyiqləri ilə əlaqələndirmək olar.
Heç bir ölkənin tam miqyaslı münaqişə və ya işğal üçün resursları yoxdur. Lakin davamlı sülhə nail olmaq və Zəngəzur dəhlizinin açılması məsələsinin dalana dirənməsi birbaşa davam edən sərhəd problemlərindən qaynaqlanır.
Ermənistan hökuməti daxildə və xaricdə müxtəlif maraqların təzyiqinə məruz qaldığı qədər cəsarətli deyil və bu qüvvələrə qarşı durmaq üçün müstəqil gəlir mənbəyi və ya hərbi gücü yoxdur. Ona görə də sülhməramlı səylər sürətləndirilməli və Avropa İttifaqı bu aktorların müdaxiləsinə qarşı İrəvana daha çox dəstək verməlidir ki, həmin qüvvələrin bu cür təzyiqlər tətbiq etməsini və problemlərin qızışdırılmasını əngəlləyə bilsin. Əks təqdirdə Ermənistan həmin qüvvələrin sifarişləri əsasında təxribat xarakterli hərəkətlərə edəcək".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)





