Siyasət

"Demokratik dünyanın gücü döyüş meydanında yaxşı hiss olunur" - Zelenski

2 Avqust 2022 08:43
0 Şərh     Baxış: 872

Ukrayna prezidenti Vladimir Zelenski Donbass və Xarkov vilayətində şiddətli döyüşlərin davam etdiyini bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu dövlət başçısı "Facebook" səhifəsində yayımladığı videomürəciətində bildirib.

"Son sutka ərzində döyüş meydanında vəziyyət ciddi şəkildə dəyişməyib. Donbassda, Xarkov vilayətində şiddətli döyüşlər davam edir. Cənub uğrunda mübarizə davam edir. Ukrayna artilleriyası və kəşfiyyatı artıq Rusiyanın atəş potensialını azaltmaq üçün çox iş görüb.", - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı Rusiyanın maddi-texniki bazasını məhv edən, onların sursatını məhv edən Ukrayna əsgərlərinə təşəkkür edib.

"Mən tərəfdaşlarımıza, Ukraynanı müasir və səmərəli artilleriya və raket sistemləri ilə təmin edən hər kəsə təşəkkür etmək istəyirəm. Demokratik dünyanın gücü bu həftələr Ukraynadakı döyüş meydanında yaxşı hiss olunur", - deyə Zelenski vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.