Siyasət

Blinken Kulebaya Lavrovla telefon danışığı barədə məlumat verib

30 İyul 2022 19:46
0 Şərh     Baxış: 724

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı barədə məlumat verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda deyilir.

Diplomatın sözlərinə görə, Blinken Kulebaya Rusiya xarici işlər naziri Lavrovla söhbəti barədə məlumat verib, həmçinin ABŞ-ın Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü şəksiz şəkildə dəstəklədiyini vurğulayıb.

ABŞ və Ukraynanın xarici əlaqələr idarələrinin rəhbərləri həmçinin Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması haqqında sazişi müzakirə ediblər.

Qeyd olunub ki, onlar BMT-nin vasitəçiliyi ilə Rusiya, Türkiyə və Ukrayna arasında taxıl daşınmasına dair sazişin tezliklə həyata keçirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər. Dövlət katibi qeyd edib ki, Rusiyanın Ukraynanın ərzaq məhsullarının dəniz yolu ilə ixracını dayandırması ərzaq qıtlığı vəziyyətini daha da gərginləşdirir.

Blinken Yelenovkada həbsdə olan 50-dən çox ukraynalının ölümü ilə bağlı Kulebaya başsağlığı verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.