Siyasət

Ermənilər Qarabağ meşəsindəki hərbi düşərgədə təlim keçir...- FOTO

23 İyul 2022 19:00
0 Şərh     Baxış: 2 545

İyulun 22-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan torpaqlarında separatçı-terrorçu rejim dağlıq-meşəlik ərazilərdən birində qurduqları "hərbi idman düşərgəsi"nin təntənəli açılışını edib.

Milli.Az moderator.az-a istinadən bildirir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, hərbi düşərgədəki təlimlərdə 11-ci sinif şagirdləri və qondarma "peşə və orta ixtisas məktəbləri"nin ikinci kurs tələbələri iştirak edirlər.

Xəbərdə deyilir ki, gənclər üçün Qarabağın tarixi və mədəni yerlərinə ekskursiyalar, ictimai təşkilatların nümayəndələri ilə görüşlər, müxtəlif ansamblların konsertləri, eləcə də çeşidli mövzularda müsabiqələr təşkil olunacaq.

Qeyd edək ki, erməni mediası hərbi təlimlərin keçirildiyi məkan haqqında dəqiq məlumat vermir.

Xatırladaq ki, ötən il belə bir hərbi təlim Xocalı rayonunun Badara kəndində təşkil edilmişdi...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.