Siyasət

"ABŞ Ukraynanın bərpasına dəstək verməyə hazırdır" - Blinken

23 İyul 2022 08:08
0 Şərh     Baxış: 437

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərməyə və müharibədən sonra onun bərpasına kömək etməyə hazır olduğunu bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Blinken Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba ilə görüşündə bildirib ki, ölkəsi Ukraynanın bərpasına hər zaman hazır olduğunu təsdiqləyib.

"Dövlət katibi Ukraynanın birinci xanımı Olena Zelenskayanın bu həftə Vaşinqtona səfərinə görə minnətdarlığını bildirib. O qeyd edib ki, onun səfəri Birləşmiş Ştatların Ukraynanın yenidən qurulmasında humanitar dəstək və yardım üçün öhdəliyini vurğulamaqda mühüm imkan yaradıb", - deyə məlumatda bildirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.