Siyasət

"İran səfiri Bakıdan qovulmalıdır" - amerikalı ekspertdən ŞOK TƏKLİF

22 İyul 2022 13:34
4 Şərh     Baxış: 2 441

Amerikanın İran üzrə eksperti Mark Dubovitz İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Diki ölümlə hədələməsi ilə bağlı paylaşım edib.

Milli.Az bildirir ki, nüfuzlu ekspert yazıb: "İran səfiri açıq şəkilə İsrail səfirini ölümlə təhdid edir. Azərbaycan İranın səfirini mollalara geri göndərməli və onun ölkəyə girişini bloklamalıdır".

Qeyd edək ki, İsrailin Bakıdakı səfiri Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi və incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib.

Bundan sonra İranın azərbaycandakı səfiri Abbas Musəvi Twitter hesabında paylaşım edərək, İsrail səfirini "oğlancığaz" adlandırıb və onu təhdid edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.