Siyasət

Hərbi gəmi ərazi sularına daxil oldu - Çinlə Yaponiya arasında kritik durum

21 İyul 2022 22:14
0 Şərh     Baxış: 786

Çin donanmasına aid gəmi Yakuşima adasının cənubundakı sularda ilk dəfə görünüb və yerli vaxtla saat 20:00 radələrində Yaponiyanın ərazi sularına daxil olub.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Yaponiya Müdafiə Nazirliyi açıqlayıb.

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə (MSDF) məxsus gəmi və təyyarənin apardığı müşahidə fəaliyyətlərinə görə, təxminən 3,5 saat ölkənin ərazi sularında qalan gəmi dənizdən qərbə doğru hərəkət edərək pozuntuya son qoyub.

Yaponiya Müdafiə Nazirliyi Çin gəmisinin bölgədəki məqsədini müəyyən etmək üçün ətraflı araşdırmaya başlayıb.

Çin donanmasına aid gəminin aprel ayından bəri ilk dəfə Yaponiyanın ərazi sularını pozduğu öyrənilib və hadisə bu il 6-cı sərhəd pozuntusu olaraq qeydə alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.