Siyasət

Kiyevdə 1 346 nəfərin meyiti tapıldı - yüzlərlə itkin var

17 İyul 2022 23:41
0 Şərh     Baxış: 1 279

Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 346 mülki sakinin meyiti tapılıb, daha 300 nəfər itkin düşüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov bildirib.

"Bu günə olan məlumata əsasən 1 346 nəfər həlak olub, dinc sakinlərin öldürüldüyün vurğulayıram.

Onların əksəriyyəti odlu silahla öldürülüb", - o, milli telemarafonun efirində deyib.

Nebitov vurğulayıb ki, bu, yekun rəqəm deyil.

Onun sözlərinə görə, hazırda 300-ə yaxın insan itkin düşmüş hesab olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.