Siyasət

Krıma hücum olarsa, Ukraynanı qiyamət günü gözləyir - ŞOK HƏDƏ

17 İyul 2022 19:54
1 Şərh     Baxış: 1 034

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın Krıma qoşun yeritməyə cəhd edəcəyi təqdirdə Kiyevə "Qiyamət günü" vəd edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, bunu Volqoqrad vilayətinə səfəri zamanı İkinci Dünya müharibəsi veteranları ilə görüşündə deyib.

"Belə bir şey baş verərsə, oradakıların hamısı üçün qiyamət bir anda gələcək - çox sürətli və ağır. Buna baxmayaraq, onlar bu cür bəyanatlarla ümumi vəziyyəti təhrik etməkdə davam edirlər", - Medvedyev bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna və NATO ölkələrinin Krımın Rusiyanın ərazisi kimi tanımaqdan imtina etməsi Rusiya Federasiyası üçün "sistemli təhlükə"dir.

Rusiya TŞ-nin sədr müavini əlavə edib ki, NATO ölkələrinin silahları hələ də Rusiya Federasiyasına yönəlib. Onun sözlərinə görə, Rusiya NATO və onun üzvləri üçün prioritet hədəf olaraq qalır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.