Siyasət

Vinnitsada dörd yaşlı bloqer həlak oldu - FOTO

14 İyul 2022 23:12
0 Şərh     Baxış: 1 211

Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı 33 yaşlı dizayner və bloqer İrina Dmitriyeva yaralanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İrinanın işlədiyi "Kartel" nəşriyyatının baş direktoru İrina Asman məlumat verib.

Onun sözlərinə görə, yaralı qadın reanimasiyadadır, onun dörd yaşlı qızı Liza isə yerindəcə keçinib.

Qeyd edək ki, İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. Balaca Lizanın "l.i.z.i.love" instaqram səhifəsində 4000 izləyicisi var. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən digər uşaqların anaları üçün məsləhətlərini paylaşırdı.

Xatırladaq ki, bu gün Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə nəticəsində 20 nəfər ölüb, 90 nəfər yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.