Siyasət

"Yeni valyuta yaradılacaq" - Medvedev ruslara SƏSLƏNDİ

12 İyul 2022 23:08
0 Şərh     Baxış: 1 421

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev rusiyalılara çağırış edib.

O ölkə vətəndaşlarına öz vəsaitlərini rubl şəklində qorumağı təklif edib.

Medvedev qeyd edib ki, Rusiyaya təbiq edilmiş sanksiyalara görə, avro zəifləyəcək.

"Biz öz iqtisadiyyatımızın mürəkkəb şəraitə uyğunlaşmasına maraqlıyıq. Zəifləməkdə olan avrodan müdafiə olunmağın ən yaxşı yolu öz pul vəsaitlərini milli valyuta şəklində saxlamaqdır. O, həmçinin, yuan və rupini də məsləhət bilib.

Medvedev gələcəkdə BRİKS ölkələrinin yeni ehtiyat valyuta yarada biləcəyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.