Şarl Mişel İlham Əliyevə zəng edib
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olundu.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğuladı. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirdi.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etdi.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd etdi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğuladı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Yasamal və Nizamidə işıq olmayacaq
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər





