Prezident İlham Əliyevin təşəbbüsləri əsasında Xəzəryanı ölkələr mövcud imkanlarla əlaqələri daha da möhkəmləndirə bilərlər - Sevil Mikayılova
Ötən illər ərzində Xəzəryanı dövlətlərin əməkdaşlığının hüquqi bazasının formalaşdırılması istiqamətində uğurlu addımlar atılıb.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova qeyd edib ki, Türkmənistanın paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısında əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edildi. Prezident İlham Əliyevin təbirdə çıxışı zamanı vurğuladığı kimi, Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir.
"Ötən illər ərzində bu istiqamətdə görülən işlər də bunun göstəricisidir. Hələ 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya tarixi sənəddir. Bu sənədin imzalanması ilə Xəzərin hüquqi statusu müəyyən olundu. İndi isə bu konvensiyanın qüvvəyə minməsi üçün işlər görülür. Konvensiyanın tezliklə qüvvəyə minməsi Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Xəzəryanı ölkələr mövcud imkanlardan istifadə edərək əlaqələri daha da möhkəmləndirə bilərlər. Qarşılıqlı fəaliyyətin əsasını isə ərazi bütövlüyünə, müstəqilliyə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir", - deyə S.Mikayılova əlavə edib.
Deputat bildirib ki, bu gün Azərbaycanın regionda lider olmaqla yanaşı, dünyada da rolu sürətlə artmaqdadır. Artıq Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirilib: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsinə çevirilib və eyni zamanda, Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə cəhd edir. Azərbaycandan keçməklə daşınan yüklərin hər il artması bu səmərəli fəaliyyətin göstəricisidir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi də artmaqdadır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inşa olunması Azərbaycanın Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha səmərəli istifadəyə növbəti dəstəyidir".
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərin nəqliyyat əlaqələrinə müsbət təsirinə toxunan deputat Sevil Mikayılova əlavə edib ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
"Azərbaycanın münaqişəni həll etməsindən sonra region və ümumilikdə, dünya üçün yeni reallıqlar, yeni prespektivlər yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür. Avtomobil və dəmir yolları çəkilir, hava limanları tikilir, bütün bunlar beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin tərkib hissəsidir", - deputat qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
XƏBƏR LENTİ
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı





