Siyasət

Üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi - SƏRƏNCAM

30 İyun 2022 17:40
Baxış: 2 056

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib:

Bağırov Məhəmməd Abduləli oğlu - Füzuli Rayon Məhkəməsinin hakimi və sədri

Əmirxanova Kəmalə Fərman qızı - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Mustafayev Nofəl Qara oğlu - Tovuz Rayon Məhkəməsinin hakimi.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.