Ombudsman Ankarada beynəlxalq sammitdə çıxış etdi - VİDEO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu tərəfindən 29-30 iyun tarixlərində Ankara şəhərində keçirilən "İnsan hüquqlarının müdafiəsi və təbliğində milli insan hüquqları institutlarının güclənən rolu: yeni çağırışlar, nailiyyətlər və imkanların dərk edilməsi" adlı beynəlxalq sammitdə iştirak edir.
Türkiyənin aidiyyəti dövlət qurumlarının, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Almaniya, Xorvatiya, Danimarka, Bosniya və Herseqovina, Albaniya, Özbəkistan, Gürcüstanın milli insan hüquqları institutlarının təmsil olunduğu tədbirin ilk günündə Azərbaycan Ombudsmanı məruzə ilə çıxış edib.
S.Əliyeva milli insan hüquqları institutlarının insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində rolundan danışaraq, iştirakçıları Azərbaycan təcrübəsi barədə məlumatlandırıb.
Ombudsman çıxışında müasir dünyada insan hüquqlarının müdafiəsi, habelə beynəlxalq hüquq normalarının tətbiqi ilə əlaqədar mövcud problemlərə toxunub. S.Əliyeva Ermənistanın Azərbaycana qarşı beynəlxalq insan hüquqları və humanitar hüquq normalarına zidd olaraq törətdiyi müharibə cinayətləri, işğal dövründə ölkəmizin zəngin flora və faunasına dəymiş zərər, dağıdılmış, özününküləşdirilmiş, təhqir edilmiş, talanmış tarixi və mədəni irsimiz barədə statistik göstəricilərə istinad edərək, sammit iştirakçılarına geniş məlumat verib. O, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının, habelə İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 6 şəxsin taleyi barəsində Ermənistan tərəfinin bugünədək məlumat vermədiyini də nəzərə çatdırıb.
S.Əliyeva işğal zamanı Azərbaycan ərazilərinə basdırılmış bir milyona yaxın minanın böyük təhlükə mənbəyi olaraq qaldığını, Ermənistan tərəfinin dəqiq mina xəritələrini verməməsinin postmüharibə dövründə insanların həlak olması və yaralanmasına səbəb olmaqla yanaşı, yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışını da ləngitdiyini bildirib. Çıxışda həmçinin istismar müddəti bitmiş Metsamor AES-in bütün region üçün bir təhdid olaraq ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu da diqqətə çatdırılıb.
Müharibənin ağır fəsadlarından danışarkən S.Əliyeva rəhbərlik etdiyi təsisatın bu insan hüquq pozuntularının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti barədə də məlumat verib.
Yekunda Ombudsman insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təşviqi məqsədilə milli insan hüquqları institutlarının şəbəkələşməsinin, eləcə də birgə səylərin artırılmasının əhəmiyyətini vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
XƏBƏR LENTİ
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi





