ABŞ Bakının aldığı "canı" diriltmək istəyir - Bölgədə savaş TƏHDİDi artır
"Vaşinqtonun Minsk Qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirə bilər".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
O bildirib ki, Vaşinqton Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə və ona Paris də qoşulsa, bölgədə gərginlik artacaq:
"İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupunun fəaliyyətini davam etdirməsi məntiqə ziddir. Birincisi, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalıb və rəsmən elan edib ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyacı yoxdur. İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə Kremlin Vaşinqton və Parislə münasibətləri gərgindir, ortada sanksiyalar var.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, Moskva bu şəraitdə Vaşinqton və Parislə birgə Minsk Qrupunda fəaliyyət göstərə bilməyəcək. Bunun qarşılığında Azərbaycana və Ermənistana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid bəyan edib ki, ABŞ Minsk Qrupunun fəaliyyətini, o cümlədən Fransa və Rusiya ilə birgə çalışmağı dəstəkləyir. Azərbaycan istəmir, Rusiya da bunun mümkünsüz olduğunu hesab edir, Vaşinqton isə tutub ki, yox e "birgə çalışmalıyıq".
Səbəb nədir?
Görünür, Vaşinqtonda hesab edirlər ki, Minsk Qrupu ABŞ-ın Cənubi Qafqazda varlığını təmin edən formatlardan biridir və guya bu yolla Rusiyanın bölgədəki hegemonluğunun qarşısını ala bilərlər. Azərbaycan ABŞ-la müxtəlif formatlarda - enerji, təhlükəsizlik sahələrində əməkdaşlıq edir və rəsmi Bakı bundan məmnundur. Bunlar varkən Azərbaycanın istəmədiyini zorla bizə qəbul etdirmək bu formatlardakı əməkdaşlığa mənfi təsir edə bilər ki, bu nə Azərbaycanın, nə də ABŞ-ın maraqlarına cavab verir.
Aydındır ki, Vaşinqton rəsmən Minsk Qrupunun dağıldığını elan edə bilmir, bunu uğursuzluğun etirafı kimi qiymətləndirir. Bu elana ehtiyac yoxdur, sadəcə Minsk Qrupunu canlandırmaq təşəbbüsləri də bölgəyə yaxşı heç nə vəd etmir. Vaşinqton ermənilərin istəyi ilə Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə, bu xora Paris də qoşulacaq və bu, bölgədə gərginliyi daha da artıracaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)





